Şimali Koreya əsgərləri və zabitləri artıq Ukraynadadır
Rusiya ərazisində artıq Koreya Xalq Demokratik Respublikasının (KXDR) üç min hərbi qulluqçusu var. Tezliklə onların sayı xeyli artacaq.
Bunu Ukrayna-Şimali Avropa sammitinin mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Dövlət başçısı qeyd edib ki, Şimali Koreyanın üç min əsgər və zabiti artıq Rusiyadadır. Təcavüzkarın komandanlığı onlardan Ukrayna ərazisində də istifadə edir.
O əlavə edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya hərbçilərinin sayı tezliklə 12 min nəfərə çatacaq.
Oxuməni.az
Digər xəbərlər