Konstitusiya Məhkəməsi Moldovanın Aİ-yə üzv olması ilə bağlı referendumun nəticələrinə baxacaq

Konstitusiya Məhkəməsi Moldovanın Aİ-yə üzv olması ilə bağlı referendumun nəticələrinə baxacaq

29 Oktyabr 2024 09:10
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 31-də Moldova Konstitusiya Məhkəməsi ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumun nəticələrinə baxacaq.

Bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.

Qeyd olunur ki, oktyabrın 25-də Moldova Respublikasının Mərkəzi Seçki Komissiyası referendumla bağlı hesabatlarını məhkəməyə təqdim edib. Seçki Məcəlləsinə əsasən, məhkəmə noyabrın 4-dək nəticələri təsdiq və ya rədd etməlidir.

ISW qeyd edib ki, Moldova mediasının oktyabrın 20-də keçirilən səsvermə zamanı pozuntularla bağlı çoxsaylı rəsmi məlumatlarına baxmayaraq, bunlar Konstitusiya Məhkəməsinin referendumun nəticələrini etibarsız sayması üçün yetərli deyil.

Oxuməni.az