Şimali Koreyanın xarici işlər naziri Rusiyaya səfər edib

Şimali Koreyanın xarici işlər naziri Rusiyaya səfər edib

29 Oktyabr 2024 08:50
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui Moskvaya səfərə gedib. KXDR rəsmisinin Rusiyaya bu səfəri Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə kömək məqsədilə işğalçı ölkəyə göndərilməsi ilə bağlı məlumatlar fonunda baş verir.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, KXDR Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya paytaxtına rəsmi səfərə gedir. Eyni zamanda, Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Rusiya Federasiyasına səfəri son altı ayda ikinci olub.

Şimali Koreyanın dövlət mediası KCNA-nın məlumatına görə, Ço Son Huinin başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi Rusiya Federasiyasına yola düşüb, lakin Şimali Koreya mətbuatı səfərin təfərrüatlarını açıqlamır.

Oxuməni.az