İsrail ordusu Livanın cənubunda Hizbullahın infrastrukturunu məhv edib
İsrail əsgərləri Livanın cənubundakı Kfarkela kəndi yaxınlığında Hizbullahın terror infrastrukturunu məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, son bir il ərzində İsrail ordusu Kfarkela bölgəsində bir neçə xüsusi əməliyyat keçirib.
Hərbçilər Hizbullah terror təşkilatının əsas qalalarından olan yeraltı terror infrastrukturu, silah anbarları və müşahidə məntəqələrinin yerlərinin müəyyən edilməsi üçün məqsədyönlü reydlər keçirib.
Oxuməni.az
Digər xəbərlər