Rusiya oktyabr ayında Ukraynada böyük itkilər verib

Rusiya oktyabr ayında Ukraynada böyük itkilər verib

29 Oktyabr 08:00
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabr ayında Rusiyanın Ukrayna cəbhəsində itkiləri çox böyük olub. Belə ki, cəbhədə Rusiyanın 40 min hərbçisi ölüb və yaralanıb.

Bunu Estoniya Hərbi Kəşfiyyat Mərkəzinin komandiri Janek Kesselmann deyib.

Onun sözlərinə görə, Rusiya Çasov Yar şəhəri yaxınlığında və Donetsk vilayətinin Liman istiqamətində irəliləyib. Ancaq bu irəliləyiş yalnız kamikadze dronları və uzaq mənzilli silahlardan istifadə edilən kütləvi bombardman kampaniyaları sayəsində mümkün olub.

"Rusiyanın döyüş meydanında verdiyi itkilər kifayət qədər böyükdür. Bizim hesablamalarımıza görə, bir ay ərzində ruslar cəbhədə 40 mindən yuxarı əskər və zabit itirib”, - Kesselmann əlavə edib.

Oxuməni.az