Gürcüstanda parlament seçkilərinin nəticələri və Gürcüstan azərbaycanlılarının rolu

Gürcüstanda parlament seçkilərinin nəticələri və Gürcüstan azərbaycanlılarının rolu

28 Oktyabr 2024 19:12
Bəyəndim (10) Bəyənmədim (0)

Gürcüstanda, oktyabrın 26-da parlament seçkiləri keçirildi, ondan əvvəlki siyasi prosesləri nəzərə alsaq, bunu haqlı olaraq taleyüklü adlandırmaq olar.

Seçkilərdə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qalib gəlib. Belə ki, MSK-nın saytında dərc edilmiş 3100 (99,646%) seçki məntəqəsinin ilkin məlumatlarına əsasən, “Gürcü arzusu” 54,09% və ya 1117,480 səs toplayıb. Dörd müxalifət birliyinə gəlincə, ümumilikdə onlar 37,6 % səs toplayıb.

Bu parlament seçkilərinin tarixi əhəmiyyəti nəzərə alınaraq, bir çox ölkələrdə onlar izlənilib və nəticəsi gözlənilirdi. O cümlədən Gürcüstanla dostluq münasibətləri olan qonşu Azərbaycanda.

Digər tərəfdən, Gürcüstanda böyük bir etnik qrup kimi azərbaycanlıların bu seçkilərdə mühüm rolunu qeyd etmək lazımdır.

Demək lazımdır ki, azərbaycanlılar - Gürcüstanda onların sayı 300 minə yaxındır - ölkədə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Üstəlik, əhatə dairəsi və təsir imkanları baxımından Gürcüstanın azərbaycanlı əhalisi nəinki seçki proseslərində, ümumiyyətlə, Gürcüstanın siyasi arenasında son dərəcə mühüm və hətta müəyyən dərəcədə əsas potensiala malikdir.

Məlum olduğu kimi, azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində hakim “Gürcü arzusu” partiyası aşağıdakı səsləri toplayıb. Marneulidə -79,54%, Bolnisidə - 80,71%, Qardabanidə -70,83%, Dmanisidə - 76,43%, Tsalkada - 69,35%, Tetri-Tskaroda - 68,65%.

Çox yaxın vaxtlarda biz rəsmi Tbilisidən Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar görəcəyik. Bundan əlavə, biz əminik ki, Gürcüstan hökuməti və qonşu ölkənin hakim partiyası azərbaycanlıların problemlərinə daha çox diqqət yetirməyə və onların həlli istiqamətində real addımlar atmağa başlayacaq.

Almaz Həsənli