
Finlandiya Rusiyanın dövlət əmlakını müsadirə etməyə başlayıb
Finlandiyanın hüquq-mühafizə orqanları Helsinkidə Rusiyanın dövlət əmlakını müsadirə etməyə başlayıb. Bu barədə bazar ertəsi Helsingin Sanomat qəzeti yazır.
"Obyektlərdən biri Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzinin ərazisidir", - nəşr qeyd edir.
Müsadirə haqqında qanun keçən həftə cümə axşamı günü qüvvəyə minib. Müsadirə edilən obyektin ərazisi 3326 kvadratmetrdir. Obyektlərin icarəyə verilməsindən və ya satışından əldə edilən gəlir Ukraynaya veriləcək.
Oxuməni.az
Digər xəbərlər