Zaxarova Zurabişviliyə Gürcüstanın Fransadan yaşlı olduğunu xatırladıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı bəyanatını şərh edərkən ona Gürcüstanın gələcəyinin niyə Avropa gələcəyindən daha pis olduğu sualını verib.
Diplomat Gürcüstan prezidentinin seçkiləri tanımadığını, çünki bu, “Gürcüstanın Rusiyaya tabe olması” demək olduğunu bildirən bəyanatına istinad edib və həmçinin qeyd edib ki, “Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz”.
“Zurabişviliyə sualım var: niyə Gürcüstanın gələcəyi Avropadan daha pisdir? Gürcüstan, Fransa vətəndaşına xatırlatmaq istəyirəm ki, Fransadan yaşlıdır”, - Zaxarova teleqram kanalında yazıb.
Avropa İttifaqının və ABŞ-ın tənqidlərinə reaksiya verdikdən sonra Zaxarova həmçinin qeyd edib ki, Zurabişvilinin əmisi qızı, “fransız ziyalısı və siyasətçisi Elen Karrer d'Ankoss - Avropa İttifaqının Maastrixt müqaviləsinin sponsorlarından və yəqin ki müəlliflərindən biri, və Rusiyanın böyük dostu – nəticədə Avropa İttifaqından məyus oldu”.
Almaz Həsənli






























































.jpg)
.jpg)
.jpg)

















