İsrail İrana qarşı əməliyyatın başa çatdığını elan edib
İsrail Müdafiə Qüvvələri gecə ərzində İranın hərbi obyektlərinə qarşı hava hücumlarını tamamladığını bildirib. İsrailin İran hərbi hədəflərinə zərbələrində onlarla təyyarə, o cümlədən döyüş təyyarələri, tankerlər və müşahidə təyyarələri cəlb olunub.
İsrailin İrana zərbələri başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Hagari ingilis dilində verdiyi açıqlamada deyib ki, İran bir də ərazimizə hücum etsə, onda onlara verəcəyimiz cavab daha dəhşətli və dağıdıcı olacaq.
Öz növbəsində İDF bildirir ki, zərbələr İranın hərbi obyektlərini, o cümlədən İranın 14 apreldə və 1 oktyabrda İsrailə hücumlarında istifadə edilən hava hücumundan müdafiə batareyaları və ballistik raket istehsalı obyektlərini hədəf alıb.
Oxuməni.az























.jpg)
.jpg)
.jpg)























































