Rusiya çarəsizlikdən Şimali Koreya qoşunlarını Ukraynaya qarşı müharibəyə göndərir
Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı Rusiyanın çarəsizliyini göstərir.
Bu barədə brifinq zamanı Pentaqonun vitse-spikeri Sabrina Sinq məlumat verib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Şimali Koreya əsgərləri döyüşə girərsə, bu, Rusiya diktatoru Vladimir Putinin döyüş meydanında strateji məqsədlərinə çatmadığını göstərəcək.
Onun sözlərinə görə, Şimali Koreya qoşunları Ukraynaya qarşı müharibəyə qoşulsa, bu, Hind-Sakit okean regionunda sabitliyi pozacaq.
Eyni zamanda, Pentaqon Şimali Koreya qoşunlarının Ukraynada müharibəyə girəcəyi təqdirdə ABŞ-ın birbaşa hərbi əməliyyatlara əl atıb-etməyəcəyi ilə bağlı şərh verməkdən imtina edib.
Oxuməni.az
Digər xəbərlər







































































.jpg)
.jpg)
.jpg)








