BMC Monqolustanı Putini həbs etməkdən imtina etməkdə günahlandırır
Beynəlxalq Cinayət Məhkəməsi (BMC) rəsmi olaraq müəyyən edib ki, Monqolustan Vladimir Putinin sentyabrda ölkəyə səfəri zamanı həbsdən imtina edərək məhkəmənin işinə mane olub və Roma Əsasnaməsini pozub.
Təşkilatın press-relizində deyilir ki, "Monqolustanın imtinasının ciddiliyi nəzərə alınaraq" gələcək fəaliyyətlə bağlı məsələ BMC Üzv Dövlətlərin Assambleyasına göndərilib.
Monqolustanın hansı nəticələri gözlədiyi hələ məlum deyil: məhkəmənin dövləti öhdəliklərini yerinə yetirməyə məcbur edəcək mexanizmləri yoxdur, “The Washington Post” yazır.
Xatırladaq ki, Putin bu ilin sentyabrında Monqolustana səfər edib. Bu səfər Rusiya prezidentinin 2023-cü ilin martında BCM-nin onun barəsində həbs qərarı çıxarmasından sonra Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri idi. Rusiya nizamnaməni imzalamayıb və məhkəmənin yurisdiksiyasını tanımır.
Formal olaraq, BCM-ə üzv olan ölkələr Putinin orderini icra etməyə və həbs etməyə borcludurlar. Lakin praktikada bu öhdəliklər həmişə işləmir. “Bloomberg” mənbələrə istinadən yazıb ki, Monqolustan hakimiyyəti Putini onu həbs etməyəcəklərinə söz vermişdi.
Almaz Həsənli


























.jpg)
.jpg)
.jpg)





















.jpg)





.jpg)
.jpg)
.jpg)























