Cənubi Koreya tənha insanların problemlərini həll etmək üçün 327 milyon dollar xərcləyəcək
Cənubi Koreya tənha insanların problemlərini diqqət mərkəzində saxlayır. Bu problemi həll etmək üçün hakimiyyət orqanları növbəti beş il ərzində 451,3 milyard Koreya vonunu (təxminən 327 milyon dollar) xərcləyəcək.
Cənubi Koreya cəmiyyətində tənhalıq problemi uzun illərdir ki, aktualdır. Hər il tənha yaşayan minlərlə ölkə vətəndaşı ölür və onların cəsədləri təsadüfən aşkarlanır.
Cənubi Koreyanın Səhiyyə və Rifah Nazirliyinin məlumatına görə, 2023-cü ildə 3660-dan çox, 2021-ci ildə isə 3378 belə hal qeydə alınıb. Bu problemi həll etmək üçün ölkədə 24 saat fəaliyyət göstərən qaynar xətt fəaliyyətə başlayıb. Qaynar xəttə edilən zənglər əsasında mütəxəssislər və könüllülər tənha insanlara baş çəkəcəklər. Subay insanlar üçün gəzinti və təbiətə səyahətlər, bağçılıq fəaliyyətləri, idman tədbirləri, konsertlər, birgə qiraətlər və s. təşkil olunacaq.
Oxuməni.az


















































































