Seçkilərdən sonra Gürcüstan prezidenti Salome Zurabişvili həbs edilə bilər
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, hakim Gürcü Arzusu partiyası parlament seçkilərində qalib gələrsə, o, həbs oluna bilər. Bu barədə Mtavari telekanalı xəbər verir.
Mətbuat konfransında dövlət başçısından hakim partiyanın qalib gələcəyi təqdirdə nə baş verəcəyi soruşulub.
“Əgər bu baş verərsə, yəqin ki, impiçment elan ediləcək və mən həbs olunacağam”, - Zurabişvili deyib.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Oktyabrın 23-nə olan məlumata görə, “Gürcü arzusu” bütün siyasi qüvvələr arasında öndədir – seçicilərin 35%-i ona səs verməyə hazırdır. İkinci və üçüncü yerlərdə müxalifətin “Dəyişiklik Koalisiyası” (19%) və “Birlik – Milli Hərəkat” (16%) qərarlaşıb.
Müxalifət hakim partiyanı Rusiya ilə münasibətləri yaxşılaşdırdığına, habelə xarici agentlər haqqında qanunların qəbuluna və “LGBT təbliğatına” qadağa qoyduğuna görə tənqid edir. Bu qanunlar Gürcüstanın Avropa İttifaqına üzvlüyünün faktiki olaraq dayandırılmasına səbəb oldu.
Oxuməni.az

































































.jpg)
.jpg)
.jpg)














