Rusiya Husiləri gəmilərə hücum həyata keçirməyə təhrik edib
Rusiya Federasiyası yəmənli husilərə Qırmızı dənizdə gəmilərə hücumlar zamanı raketləri və pilotsuz təyyarələri idarə etmək üçün hədəflənmiş peyk məlumatları təqdim edib.
Bu barədə RBC-Ukrayna Amerikanın “The Wall Street Journal” nəşrinə istinadən məlumat yayıb.
Yəməndə husi yaraqlıları tərəfindən ticarət gəmiləri də daxil olmaqla gəmilərin atəşə tutulması ötən ilin sonundan bəri davam edir. İranın dəstəklədiyi qrup regionda sabitliyi daha da pozaraq “dünya ticarətinin əsas arteriyasına” hücumlar həyata keçirir.
“Keçən ilin sonlarında Qəzza müharibəsi ilə bağlı hücumlarına başlayan husilər Rusiya peyk məlumatlarından istifadə etməyə başladılar”, - deyə məsələ ilə bağlı iki Avropa rəsmisi Qərb mediasına bildirib
WSJ nəşri həmçinin məlumatların İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri vasitəsilə Yəmən Husi yaraqlılarına ötürüldüyünü yazıb.
Oxuməni.az

































































.jpg)
.jpg)
.jpg)














