İsrail ordusu Qəzza zolağında girovların öldürülməsinə göstəriş verən terrorçunu məhv edib
İsrail ordusu Qəzza zolağında Reim bomba sığınacağında israilli girovların öldürülməsinə göstəriş verən terrorçunun öldürüldüyü əməliyyat keçirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalı məlumat yayıb.
İsrail ordusunun sözçüsü Daniel Həqari terrorçunun hərbi əməliyyat zamanı öldürüldüyünü qeyd edib.
“Biz Reim bomba sığınacağındakı qırğına rəhbərlik edən Nuxba terrorçusunu məhv etdik, bu terrorçu həm də UNRWA (BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi, UNRWA ) üçün çalışıb”, - deyə spiker bildirib.
Həqari onu da əlavə edib ki, Həmas terrorçuları Qəzza zolağında hələ də 101 nəfəri girov saxlayır.
Qeyd edək ki, Nuxba HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam briqadalarının xüsusi bölməsidir. Bu termin israillilər tərəfindən qruplaşmanın yaraqlılarına istinad etmək üçün istifadə olunur.
UNRWA öldürülən terrorçunun adının Mohammed Abu Attawi olduğunu və onun həqiqətən də təşkilatın əməkdaşı olduğunu qeyd edib.
Oxuməni.az




















































































