Mərkəzi Asiyanın tarixi adı özünə qaytarılır, bundan sonra Türküstan adlandırılacaq
Türkiyənin Milli Təhsil Nazirliyi tarix fənni kurikulumunda əsaslı dəyişiklikləri açıqlayıb. “TRT Haber” xəbər verir ki, yeni yanaşmaya əsasən, “Mərkəzi Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq.
Ekspertlər qeyd edirlər ki, bu qərar gələcək nəsillərdə milli kimliyin və vətənpərvərliyin gücləndirilməsinə yönəlib. Dəyişiklikləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəstəkləyib.
“Türk Əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıraraq, qarşıdan gələn dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq”.
“Türküstan” termininin tarixi mənasının əhəmiyyəti türk professorları tərəfindən də dəstəklənmişdir. Professor Ahmet Taşagıl bu terminin tarixi mənasını açıqlayıb. Onun sözlərinə görə, “türklərin vətəni” mənasını verən bu söz tarixin ən qədim dövrlərindən işlənir.
“Türklərin vətəni mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir. 19-cu əsrin ikinci yarısında Rusiya istilası nəticəsində Türküstan adının yerinə Orta Asiya anlayışı ortaya atılaraq yayılıb”.
“Türküstan anlayışı və onun Milli Təhsil Nazirliyinin dərsliklərə daxil edilməsi ilə bağlı müraciətimiz çox düzgün qərardır. Həm Türkiyə, həm də Türküstan türklərin daha çox yaşadığı bölgə deməkdir”, - dosent Ramin Sadiq əlavə edib.
Mütəxəssislər bu dəyişikliyin ortaq tarix, ədəbiyyat, xəritə və əlifbanın yaradılması da daxil olmaqla, türk dünyası arasında əlaqələri gücləndirmək üçün daha geniş strategiyanın bir hissəsi olduğunu deyirlər.
Oxuməni.az