
Rusiyada An-3 təyyarəsi qəzaya uğrayıb
Rusiyanın yüngül çoxməqsədli An-3 AK Borus təyyarəsi bu gün, oktyabrın 13-də Yakutiyanın Olekminski rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində sərnişinlərdən biri dünyasını dəyişib.
Bu barədə Saxa Respublikası (Yakutiya) Fövqəladə Hallar Nazirliyi xəbər verir.
Rusiya agentliyinin açıqlamasında təyyarənin Olekminsk şəhərindən 1,5 kilometr aralıda "təcili eniş" etdiyi bildirilir.
"Təyyarənin göyərtəsində 3 ekipaj üzvü və 2 sərnişin də daxil olmaqla 5 nəfər olub", - yerli xilasetmə qrupunun açıqlamasında deyilir.
Rusiya mətbuatı və Telegram kanallarının məlumatına görə, təyyarə Olekminskdən Jeleznoqorsk reysi ilə uçurdu.
Fəlakətin ilkin səbəbi mühərrikin nasazlığıdır, bundan sonra pilotun uçuş hava limanında təcili eniş etmək qərarına gəldiyi, lakin buna nail ola bilmədiyi və An-3 AK təyyarəsinin Olekminsk yaxınlığında qəzaya uğradığı bildirilir.
Oxuməni.az