Bir neçə min Şimali Koreya əsgəri Ukraynada Rusiya Federasiyasının tərəfində döyüşür

Bir neçə min Şimali Koreya əsgəri Ukraynada Rusiya Federasiyasının tərəfində döyüşür

12 Oktyabr 2024 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya əsgərləri Ukraynada döyüşür. Bəzi hərbi qulluqçular gələcəkdə Rusiya ordusu ilə yanaşı mümkün yerləşdirmələr üçün Rusiyada təlim keçir.

Bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.

“The Washington Post”un qeyd etdiyi kimi, Ukrayna və Cənubi Koreya rəsmiləri KXDR ordusunun Ukraynada Rusiya qoşunları ilə birlikdə əməliyyat apardığını təsdiqləyir.

Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi bildirib ki, ayrı-ayrı Şimali Koreya zabitləri Rusiya qoşunlarını izləyir və həmçinin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində döyüş meydanını öyrənirlər. Eyni zamanda, Müdafiə Qüvvələri Ukrayna ərazisində Şimali Koreya bölmələrini hələ müstəqil olaraq aşkar etməyib.

Ukrayna rəsmisi həmçinin əlavə edib ki, “bir neçə min” Şimali Koreyalı piyada Rusiyada təlim keçir. Onun sözlərinə görə, Rusiya hərbi komandanlığı Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək üçün onları 2024-cü ilin sonuna qədər Ukraynadakı cəbhə xəttinə və ya Rusiyanın sərhəd rayonlarına köçürə bilər.

Cənubi Koreya və Ukrayna rəsmiləri Şimali Koreya qoşunlarının işğal olunmuş Donetsk bölgəsində çox güman ki, fəaliyyət göstərdiyini bildiriblər. Bunu Ukrayna Silahlı Qüvvələrinin bir neçə Şimali Koreya zabitinin ölümünə səbəb olan son raket zərbəsi də təsdiqləyir.

Oxuməni.az