ABŞ  Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir

ABŞ Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir

11 Oktyabr 2024 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltz ilə telefon danışığı aparıb. Söhbət zamanı Amerika lideri Ukraynaya yardımı davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə Ağ Evin saytı xəbər verir.

Bayden Ukraynaya hərbi dəstəkdən əlavə, ABŞ-Almaniya münasibətlərini də qeyd edib.

“Prezident ABŞ-Almaniya münasibətlərinin möhkəmliyini vurğuladı və geosiyasi prioritetlər, o cümlədən Rusiyanın təcavüzünə qarşı Ukraynanın müdafiəsini dəstəkləmək üzrə sıx əməkdaşlığımızı davam etdirmək öhdəliyini qeyd etdi”, - bəyanatda deyilir.

Öz növbəsində, iki liderin söhbəti barədə məlumatı Bundesver də təsdiqləyib.

Bundesverin bəyanatında deyilir: "Bu gün Federal Kansler Şolz ABŞ prezidenti Co Baydenlə telefonla danışıb".

Oxuməni.az