Şimali Koreya yeni nüvə  sualtı qayığın tikintisini planlaşdırıb

Şimali Koreya yeni nüvə sualtı qayığın tikintisini planlaşdırıb

11 Oktyabr 2024 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya yeni sualtı qayığın tikintisinə başlamağı planlaşdırıb Böyük ehtimalla o, nüvə yanacağı ilə işləyə bilər.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreyada sualtı qayıq tikintisinin başlanğıcı kimi görünən qismən işarələr aşkar edilib. Ancaq nüvə yanacağı ilə sualtı qayığın inşasından söhbət getdiyi hələ dəqiq bilinmir.

Cənubi Koreya kəşfiyyat agentliyinin nümayəndələrindən birinin sözlərinə görə, Sinpo bölgəsinin şimal-şərqində sualtı qayığın tikintisi ilə bağlı işlər qeydə alınıb.

Bu sualtı qayıq Şimali Koreyanın əvvəllər təqdim etdiyi gəmilərdən xeyli böyük olacaq. Amma onun dəqiq ölçüləri və digər təfərrüatlarını obyekt tikilən kimi öyrənmək olar.

Oxuməni.az