Ukrayna təhlükəsizlik zəmanəti müqabilində cəbhə boyu hərbi əməliyyatları dayandırmağa hazırdır, - Corriere della Sere

Ukrayna təhlükəsizlik zəmanəti müqabilində cəbhə boyu hərbi əməliyyatları dayandırmağa hazırdır, - Corriere della Sere

10 Oktyabr 12:10
Bəyəndim (7) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski bəzi Qərb öhdəlikləri müqabilində yeni rəsmi sərhəd tanımadan hazırkı cəbhə xətti üzrə atəşkəsi qəbul etməyə hazır olacaq. Bu barədə oktyabrın 9-da İtaliyanın “Corriere della Sera” nəşri yazır.

Nəşr qeyd edir ki, Zelenski heç vaxt işğal olunmuş ərazilərdən rəsmən imtina edə bilməyəcək, lakin o, Qərbin bu məqsədlə atacağı bir sıra addımlara ümid edir.

Nəşr yazır ki, bunlar, xüsusən də, amerikalıların Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi zəmanətlər əsasında ABŞ-dan alınan təhlükəsizlik zəmanətləridir. Zelenski həmçinin Ukraynaya inkişaf üfüqü verəcək Avropa Birliyinə sürətli qoşulma ilə bağlı təminat almaq istərdi.

Lakin bu səylər ona görə çətinləşir ki, Vladimir Putin artıq ələ keçirilən ərazilərdən razı deyil. Kreml Ukraynada sabitliyi pozmağa və ona siyasi nəzarət etməyə çalışır, “Corriere della Sera” qeyd edir. Rusiyanın müdafiə büdcəsi artmaqda davam edir və 2025-ci ildə 130 milyard dollara çatacaq. 2024-cü ildə neft ixracından əldə olunan gəlir müharibədən əvvəlki səviyyələri keçəcək. Sanksiyalar Rusiya hərbi maşınını zəiflətməyənə qədər Putinin sülh danışıqlarına başlamaq üçün heç bir səbəbi yoxdur.

Almaz Həsənli