Çin demoqrafik dəyişikliklərlə bağlı əhali arasında sorğu keçirəcək

Çin demoqrafik dəyişikliklərlə bağlı əhali arasında sorğu keçirəcək

10 Oktyabr 2024 20:25
Bəyəndim (0) Bəyənmədim (0)

Çin səlahiyyətliləri cəmiyyətdə davam edən demoqrafik dəyişiklikləri müəyyən etmək üçün əhali arasında sorğu keçirməyi planlaşdırıb. Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, araşdırma oktyabrın 10-dan noyabrın 30-dək aparılacaq.

Hökumət yaş, etnik mənsubiyyət, təhsil səviyyəsi, daxili miqrasiya vəziyyəti, yaşayış yeri, məşğulluq, ailə vəziyyəti, uşaqların olması və digər göstəricilər kimi parametrləri öyrənmək niyyətindədir.

Son illərdə Çin cəmiyyətində əhalinin qocalması və doğum nisbətinin azalması tendensiyası formalaşıb. Rəsmi proqnozlara görə, 2035-ci ilə qədər Çində 60 yaşdan yuxarı vətəndaşların sayı ümumi əhali sayının 30%-i keçəcək.

1970-ci illərdən bəri Çində "bir ailə, bir uşaq" doğuma nəzarət siyasəti var. Lakin doğum səviyyəsinin sürətlə azalması və əhalinin qocalması səbəbindən hökumət məhdudiyyətləri tədricən aradan qaldırmağa başladı. 2016-cı il yanvarın 1-dən Çində hər ailənin iki uşaq sahibi olmasına icazə verən qanun qüvvəyə minib. 2021-ci ilin may ayında səlahiyyətlilər üç uşaq sahibi olmağa icazə verdi.

Oxuməni.az