Qasırğalar ABŞ-da prezidentlik yarışına təsir edən faktora çevrilib

Qasırğalar ABŞ-da prezidentlik yarışına təsir edən faktora çevrilib

10 Oktyabr 18:18
Bəyəndim (0) Bəyənmədim (0)

Qasırğalar mövsümü hazırda ABŞ-da seçki kampaniyasına ciddi təsir göstərən amillərdən birinə çevrilib. Bu barəd çərşənbə günü The Washington Post-da dərc olunan məqalədə deyilir.

Qəzetin qeyd etdiyi kimi, Helen və Milton qasırğaları ABŞ-ı “seçki kampaniyasının son mərhələsində, milyonlarla insanın seçkiyə getməyə hazırlaşdığı bir vaxtda ölkədə kəskin siyasi parçalanmaları gücləndirərək” vurdu. “Artıq ağır cinayətlərə görə məhkumluqlar, qətlə cəhdlər və son mərhələdə namizəd dəyişikliyi kimi çaxnaşmaların müşahidə olunduğu səs-küylü prezidentlik yarışında qısa zaman ərzində canavar qasırğalarının görünüşü siyasi nizamı sınaqdan keçirdi.

Materialda bildirilir ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Vaşinqton administrasiyasını Helen qasırğasının nəticələrini aradan qaldırmaq üçün səmərəsiz hərəkətlərə görə tənqid edir.

Amerika lideri Co Bayden və vitse-prezident və ən yüksək hökumət postuna Demokrat namizəd Kamala Harris Trampı bununla bağlı bilərəkdən yalan məlumat yaymaqda ittiham edir.

Məqalədə daha sonra deyilir: "Qasırğaların seçkiyə mənalı təsir edib-etməyəcəyini bilmək hələ tezdir, lakin hər iki kampaniya zərər çəkmiş əsas ştatlarda səsvermənin nəticələrini necə dəyişdirə biləcəklərini anlamağa çalışmağa başlayıb."

Oxuməni.az