Qırğızıstan prezidenti Sadır Japarov sabah Türkmənistana səfər edəcək

Qırğızıstan prezidenti Sadır Japarov sabah Türkmənistana səfər edəcək

10 Oktyabr 2024 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan prezidenti Sadır Japarov oktyabrın 11-də Aşqabada səfər edəcək və bu səfər çərçivəsində türkmən şairi və filosofu Maqtımqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək. Bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə “Zamanlar və sivilizasiyalar münasibətləri – mədəniyyətin əsası” beynəlxalq forumunda iştirak etmək üçün oktyabrın 11-də Aşqabad şəhərinə işgüzar səfər edəcək ”, - deyə o bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn tədbirdə “Mərkəzi Asiya və digər ölkələrin dövlət başçılarının iştirakı gözlənilir”.

“Qarşıdan gələn beynəlxalq forum ölkələr arasında mədəni və humanitar əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək”, - Əzımbakiyev qeyd edib.

Oxuməni.az