Seul Şimali Koreyanın Cənubi Koreya ilə yolları bağlamaq qərarını pisləyib

Seul Şimali Koreyanın Cənubi Koreya ilə yolları bağlamaq qərarını pisləyib

10 Oktyabr 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Koreya Respublikasının hakimiyyət orqanları KXDR-in yarımadanın cənub hissəsi ilə avtomobil və dəmir yollarını bağlamaq qərarını “xalq əleyhdarı” kimi pisləyir. Bu barədə Yonhap agentliyi Birləşmə Nazirliyinə istinadən məlumat yayıb.

“Biz bunu vətəndaşlarımızın və Şimal sakinlərinin birləşmək istəklərinə xəyanət, anti-xalq hərəkəti, birləşməyə zidd hərəkət kimi qətiyyətlə pisləyirik”, - deyə nazirlik bildirib.

KXDR və Koreya Respublikasını Paju və Kesonq şəhərləri, eləcə də yarımadanın şərq sahilləri arasındakı yollar birləşdirir.

Bir gün əvvəl Koreya Xalq Ordusunun (KPA) Baş Qərargahı Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacağını və “cənub sərhədini qalaya çevirəcəyini” açıqlamışdı. Pxenyan Amerika tərəfini “həssas ərazilərdə” tikinti işləri ilə bağlı xəbərdar edib.

Oxuməni.az