İraq İslam Müqaviməti İsrail ərazisinə İHA ilə zərbə endirdiyini  iddia edir

İraq İslam Müqaviməti İsrail ərazisinə İHA ilə zərbə endirdiyini iddia edir

10 Oktyabr 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

İraq İslami Müqaviməti İsrailin hücumu altında olan Fələstin və Livan xalqlarına dəstək məqsədilə İsrailin şimalında "həyati vacib" bir hədəfə pilotsuz təyyarə ilə zərbə endirib.

Çərşənbə günü İraq İslami Müqaviməti İsrailin ən cənubunda yerləşən Eylat şəhərinə pilotsuz uçan aparatla zərbə endirdiyini iddia edib. İsrail ordusu Qırmızı dəniz üzərində PUA-nın qarşısını aldığını bildirib.

İsrail hərbçilərinin Qəzzada hücumlarını gücləndirdiyi və Livandakı hücumlarını genişləndirdiyi bir vaxtda İraq İslami Müqaviməti son həftələr İsrailə qarşı hücumlarını artırıb. Əl-Cəzirə qeyd edir ki, qrup İraq və Suriyadakı Amerika qüvvələrinə raket və dron hücumları da həyata keçirib.

Oxuməni.az