Harris kampaniyası və ona bağlı qruplar 1 milyard dollar toplayıb
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezidentlik kampaniyası və ona bağlı siyasi komitələr 1 milyard dollar toplayıb. Bu, siyasətçi Demokrat Partiyasının namizədi olduqdan sonra baş verib.
Bu barədə “Reuters” xəbər verir.
Agentlik yazır ki, Harris iyulun 21-də ABŞ prezidenti Co Baydenin yerinə prezidentliyə namizəd olduqdan sonra onun kampaniyasına, əlaqəli fəaliyyət komitələrinə və Demokrat Partiyasına görünməmiş sürətlə dollarlar daxil olub.
Belə ki, vitse-prezident namizəd olduğu gün 25 milyon dollar toplayıb. O, əxminən bir ay ərzində 500 milyon dollar yığa bilib.
Bu arada ABŞ-ın keçmiş prezidenti və hazırkı namizədi Donald Tramp və Respublikaçılar Partiyası avqustda 130 milyon dollar toplayıb. Ayın sonunda onların balansında 295 milyon dollar var idi.
Reuters və Ipsos-un yeni sorğularına görə, Harris-Tramp yarışı gərgin olaraq qalır. Demokratların liderliyi milli miqyasda azalır və bir çox ştatlarda yarışın nəticəsi qeyri-müəyyən olaraq qalır.
Oxuməni.az