
Filippin və müttəfiqləri Cənubi Çin dənizindəki gərginlik fonunda təlimlər keçirir
Filippin, ABŞ və daha dörd ölkənin hərbçiləri Filippinin şimalında, Tayvanla həmsərhəd olan Luzon adasının sahillərində birgə dəniz təlimlərinə başlayıb.
Bu barədə “Reuters” xəbər verir.
Avstraliya, Kanada, Fransa, Yaponiya, ABŞ və Filippindən olan minə yaxın dənizçi və şəxsi heyətin iştirak etdiyi Sama-Sama adlanan hazırkı təlim sualtı qayıqlara qarşı yüksək intensivlikli təlimdir.
Manilanın qərbində yerləşən Subic limanında jurnalistlərə ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admatoru Todd Çimikata bildirib ki, əsas müttəfiqlərlə tərəfdaşlıqların inkişafı “çəkindirici effekt” yaradır, baxmayaraq ki, o, təlimlərin heç bir ölkəyə qarşı yönəlmədiyini deyib.
"Bu təlimlərin məqsədi düşmənçiliyi qızışdırmaq deyil. Onlar qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəlib. Müxtəlif ölkələrdə bu qaydalara əməl etməyən insanlar var, ona görə də biz bu standartların müəyyən edilməsinə razı olmalıyıq", - Çimikata bildirib.
Oxuməni.az