Livanda İsrailin hücumu nəticəsində Fəth hərəkatının yüksək rütbəli komandiri yaralanıb
Fələstinin Fəth hərəkatının yüksək rütbəli komandiri Munir əl-Maqdah İsrail ordusunun Livanın cənubundakı Ayn əl-Hilve adlı fələstinli qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində yaralanıb. Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Livan 24 xəbər portalının daha əvvəl xəbər verdiyi kimi, hücum nəticəsində beş yerli sakin həlak olub. Onun məlumatına görə, Munir əl-Maqdanın evinə raketlər atılıb, lakin fələstinli orada olmadığı üçün onu məhv etmək cəhdi uğursuz alınıb.
Avqustun 21-də İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində Livandakı Əl-Əqsa Şəhidləri Briqadaları olan Fəth hərəkatının hərbiləşdirilmiş qanadına rəhbərlik edən Munirin qardaşı həlak olub.
Ayn əl-Hilve düşərgəsinə endirilən zərbə İsrail və Hizbullah arasında keçən il oktyabrda başlayan qarşıdurmanın yeni raundundan sonra Fələstin düşərgəsinə ilk hava hücumu idi. Bu düşərgədə 100 mindən çox insan yaşayır. Ümumilikdə Livanda 12 Fələstin düşərgəsi var və orada qaçqınların ümumi sayı 450 min nəfərdir.
Oxuməni.az