ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri və bir neçə min əsgər göndərəcək
ABŞ İsrailin təhlükəsizliyini gücləndirmək üçün Yaxın Şərqə bir neçə min əsgər və əlavə döyüş təyyarələri göndərəcək.
Bunu Pentaqonun sədr müavini Sabrina Sinq bildirib.
Sinq bəyan edib ki, ABŞ-ın Yaxın Şərqdə gücləndirilmiş mövcudluğu bir neçə döyüş təyyarəsi eskadrilyaları tərəfindən dəstəklənəcək.
Əlavə qüvvəyə F-15E Strike Eagle, F-16, A-10 və F-22 qırıcı təyyarələrinin eskadrilyaları, eləcə də onlara dəstək olmaq üçün lazım olan şəxsi heyət daxildir. Sinq izah edib ki, qırıcı təyyarələr evakuasiyaya kömək etmək üçün yox, Amerika qoşunlarını qorumaq üçün var.
Bu yaxınlarda ABŞ-ın müdafiə naziri Lloyd Ostin də USS Abraham Lincoln aviadaşıyıcısının zərbə qrupunun və onunla əlaqəli eskadrilyaların bölgədə mövcudluğunun müvəqqəti olaraq davam etdiyini açıqlayıb.
Oxuməni.az