Alimlər İsraildə 1000 illik toxumdan ağac yetişdiriblər
Yerusəlim yaxınlığındakı səhra mağarasında tapılan qədim toxumdan yetişdirilmiş ağacdan alınan qatran Müqəddəs Kitabda adı çəkilən müalicəvi balzamın mənbəyi ola bilər. “The Independent” yazır ki, bu barədə yeni araşdırmada deyilir.
Beynəlxalq alimlər qrupu 1980-ci illərdə Qüdsün şimalındakı mağarada tapılan 1000 illik toxumdan ağac yetişdirə bilib. Toxum İncildə dərman maddələrinin mənbəyi kimi qeyd olunan nəsli kəsilmiş bitki ilə əlaqələndirilir.
Hündürlüyü indi üç metrə çatan ağaca “Şeba” adı verilib. Alimlərin fikrincə, o, bitkiləri dərman xassələri olan qatranları ilə tanınan “Commiphora” nəslinə aiddir.
Tədqiqatda doktor Sara Sallonun rəhbərlik etdiyi İsrail, ABŞ və Avstraliya alimləri iştirak ediblər. Qədim toxumu öyrənmək üçün DNT ardıcıllığı və filogenetik analiz daxil olmaqla müasir üsullardan istifadə edilmişdir. Ağacın özü 14 il böyüdü - bu, alimlərə onu ətraflı öyrənməyə və bölgədəki digər növlərlə müqayisə etməyə imkan verdi.
Əvvəlcə “Şeba” nın qədim yazılarda qeyd olunan "Yəhudilərin balzamı" ilə əlaqəli ola biləcəyi düşünülürdü. Lakin sonrakı tədqiqatlar göstərdi ki, bitki bu balzamın istehsal olunduğu növlərlə yaxından əlaqəli deyil. Alimlər ağacın İncildəki "tsori" ilə əlaqəli olduğunu - qədim zamanlarda müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan qatranla əlaqəli olduğunu müəyyən etdilər.
Almaz Həsənli