ABŞ Tayvana 567 milyon dollar hərbi yardım edəcək

ABŞ Tayvana 567 milyon dollar hərbi yardım edəcək

30 Sentyabr 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib. Bu barədə onun Ağ Evin mətbuat xidmətinin bazar günü yaydığı yazılı bəyanatında deyilir.

“Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə prezident kimi mənə verilən səlahiyyətlə Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlim üçün Tayvana yardım etmək üçün 567 milyon dollara qədər vəsait yönəltməsini əmr edirəm." dedi Bayden.

Ötən il Amerika administrasiyasının Tayvana Müdafiə Nazirliyi vasitəsilə ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.

Oxuməni.az