ABŞ-da Helen qasırğası 64 nəfərin həyatına son qoyub

ABŞ-da Helen qasırğası 64 nəfərin həyatına son qoyub

30 Sentyabr 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın cənubunda Helen qasırğası nəticəsində 64 nəfər ölüb, Associated Press xəbər verir.

Qasırğa sentyabrın 27-də Floridaya çatdı və sonra şimal-qərbə doğru hərəkət edərək Corciya, Cənubi və Şimali Karolina və Tennessi ştatlarından keçib. Qasırğa güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.

Qasırğa səbəbindən bir neçə milyon insan işıqsız qalıb, onlarla yol su altında qalıb və bağlanıb. İlkin hesablamalara görə, qasırğanın vurduğu ziyan milyardlarla dollara çata bilər.

Qasırğa ilkin olaraq Saffir-Simpson şkalası üzrə beş kateqoriyadan dördüncü kateqoriyaya aid edilib. Hazırda tropik tufana qədər zəifləyib və sentyabrın 30-da bölgədə hava şəraitinin normallaşacağı gözlənilir.

Helen 2024-cü ilin ilk 4-cü Kateqoriya qasırğasıdır. 2023-cü ildə iki belə qasırğa olub. Onların qurbanlarının sayı 14 nəfər olub, maddi ziyan isə dörd milyard dolları ötüb.

Oxuməni.az