Haşim Safi əd-Din Hizbullahın yeni lideri seçilib
Hizbullah partiyasının bu yaxınlarda Livanın paytaxtına endirilən hava hücumunda öldürülən Həsən Nəsrullahın yerinə Haşim Safi əd-Din seçilib.
Haşim Safi əd-Din əvvəllər Hizbullahın icra şurasının sədri və onun müavini olub.
Hizbullahın yeni liderinin seçilməsi təşkilatın şurasında baş tutub. Bunu “Əl-Ərəbiyyə” və “Əl-Hədas” mənbələri də təsdiqləyib.
Səfi əd-Din Nəsrullahın əmisi oğlu və keçmiş İran Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin kürəkənidir. Belə ki, ərəb mediası qeyd edir ki, Səfi əd-Din Nəsrullahın yerinə ən çox namizəd hesab edilirdi.
Haşim Safi əd-Din 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun ən-Nəhr şəhərində anadan olub. Nəsrullah kimi Nəcəf və Qumdəatəhsil alıb, 1982-ci ildə Hizbullahın qurucularından olub.
1994-cü ildə Səfi əd-Din Hizbullahın İcraiyyə Şurasının prezidenti olmaq üçün Livana çağırıldı və Nəsrullah Abbas əl-Musəvinin hava hücumunda öldürülməsindən sonra partiyanın baş katibi təyin edildi.
“Safi əd-Din illər boyu kölgədə qalsa da, Nəsrullahın təhlükəsizlik məhdudiyyətləri onu ön plana çıxarıb”, - Əl-Ərəbia yazıb.
Oxuməni.az