İsveç Xarici İşlər Nazirliyi: Ukraynada sülhün əsası onun ərazi bütövlüyü olmalıdır

İsveç Xarici İşlər Nazirliyi: Ukraynada sülhün əsası onun ərazi bütövlüyü olmalıdır

29 Sentyabr 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada ədalətli və davamlı sülh ərazi bütövlüyünə hörmət əsasında olmalıdır. Əks halda, Rusiya başqa ölkələri özünə tabe etmək niyyətini davam etdirəcək.

Bunu İsveçin xarici işlər naziri Mariya Stenerqard BMT Baş Assambleyasında çıxışı zamanı deyib:

“Bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipi Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün əsasına çevrilməlidir.

Stenergard vurğulayıb ki, Təhlükəsizlik Şurasının üzvləri təcavüzün bəhrəsini götürməyə icazə versələr, Rusiya rəhbərliyi digər dövlətləri öz hakimiyyətinə tabe etdirməyə çalışacaq.

Diplomat əlavə edib ki, İsveçin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək səylərinə sarsılmaz dəstəyi lazım olduğu qədər davam edəcək.

Oxuməni.az