Özbəkistanda Mariya Zaxarovanın ölkəyə girişinə qadağa qoyulmasını təklif ediblər

Özbəkistanda Mariya Zaxarovanın ölkəyə girişinə qadağa qoyulmasını təklif ediblər

28 Sentyabr 13:53
Bəyəndim (8) Bəyənmədim (0)


Özbəkistanlı siyasətçi, Özbəkistanın Ekologiya Nazirliyinin rəhbərinin müşaviri Rəsul Kuşerbayev Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın respublikadakı məktəblərin birində rusdilli oğlanın müəlliməsi tərəfindən döyülməsi ilə bağlı hadisəyə reaksiyasından sonra Özbəkistanda arzuolunmaz şəxs kimi tanınmasını təklif edib, bu barədə yerli media yazır.
“Bu yaxınlarda Senat tərəfindən qəbul edilmiş qanuna əsasən, Zaxarovanın “Özbəkistana girişi qadağan olunmuş xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyahısı”na daxil edilməsinin vaxtı çatıb. Bu siyahı ondan başlamalıdır”, Kuşerbayev bildirib,- “Anhor.uz” xəbər verir.
Biz heç vaxt rus məktəblərinin işlərinə qarışmamışıq, çünki bu, yalnız Rusiyanın daxili işidir.
Bu kontekstdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Daşkənddə məktəb insidentinə qarışması və Özbəkistanın daxili işlərinə təsir göstərməyə çalışması sadəcə gözardı edilə biləcək bir hadisə deyil.
Təəssüf ki, Zaxarova birinci dəfə deyil ki, başqa ölkələrin və xalqların daxili işlərinə qarışır.
Bundan əlavə, xanım Zaxarova bu yaxınlarda Özbəkistanın mümkün işğalını elan edən rusiyalı siyasətçinin hərəkətlərini izah edərkən, Özbəkistanla bağlı alçaldıcı şərhlərə yol verib.
Bununla əlaqədar, Senatın bu yaxınlarda qəbul etdiyi qanuna əsasən, Zaxarovanın “Özbəkistanda olması arzuolunmaz hesab edilən xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyahısı”na daxil edilməsinin vaxtı çatıb. Bu siyahı ondan başlamalıdır ki, onun təhqiredici və şovinist bəyanatlarının cavabsız qalmayacağını anlasın.
Almaz Həsənli