İsrailin hücumundan sonra Hizbullah lideri öldürülüb

İsrailin hücumundan sonra Hizbullah lideri öldürülüb

28 Sentyabr 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Cümə günü axşam saatlarında İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbələrdən sonra Hizbullah lideri Həsən Nəsrullahla əlaqə saxlamaq mümkün olmayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentlik bu barədə məlumatı Livan silahlı qruplaşmasına yaxın mənbədən alıb.

Zərbələrdən bir neçə saat sonra Hizbullah liderinin taleyi ilə bağlı heç bir açıqlama verməyib. Təşkilata yaxın mənbə Reuters agentliyinə bildirib ki, Nəsrullah sağdır. İranın Təsnim xəbər agentliyi də onun sağ-salamat olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 27-də İsrail hərbçiləri Livanın paytaxtı Beyruta hücum ediblər. Onların hücumunun hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Zərbə təşkilat rəhbərlərinin toplaşdığı yeraltı bunkerdə həyata keçirilib. Nəsrullahın sağ olub-olmadığı hələlik məlum deyil.

***

Son məlumata görə, İsrail Müdafiə Qüvvələri “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın sentyabrın 27-də Beyruta endirilən aviazərbələr nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.

Bununla bağlı İsrail Ordusunun açıqlamasında deyilir:

“Həssan Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”.

Qeyd edək ki, bundan əvvəl yayılan açıqlamada Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullahın da öldürüldüyü bildirilmişdi.

Oxuməni.az