Avropa İttifaqı Gürcüstanla vizasız rejimi ləğv edə bilər

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi ləğv edə bilər

20 Sentyabr 17:33
Bəyəndim (4) Bəyənmədim (0)

Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması imkanını nəzərdən keçirir. Bütün bunlar ölkə hakimiyyətinin antidemokratik hərəkətləri və anti-Qərb ritorikası ilə bağlı Brüssel və Tbilisi arasında münasibətlərdə ciddi uçurum olduğuna görədir. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu cür dəyişiklikləri Aİ-nin “ucuz şantajı” adlandırıb. Bu barədə “Politico” yazır. Qeyd olunur ki, Gürcüstan son vaxtlar Rusiya qanunlarını təkrarlayan bir neçə antidemokratik qanun qəbul edib. Və buna görə də “Gürcü arzusu” partiyası bu avtoritar kursu davam etdirsə, Aİ kəskin addımlar atacaq. Onların arasında vizanın liberallaşdırılması sxeminin müvəqqəti dayandırılması da var. “Aİ-Gürcüstan arasında viza rejiminin liberallaşdırılması dialoqunun və bununla bağlı Fəaliyyət Planının bir hissəsi olaraq, Gürcüstandan konkret hədəflərə nail olmaq, xüsusən də fundamental hüquqların müdafiəsini təmin etmək və ayrı-seçkiliyin qarşısını almaq tələb olunurdu”, - Avropa Komissiyasının nümayəndəsi bildirib. 2017-ci ildən Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Aİ ölkələrinə ildə altı aya qədər vizasız səyahət edə bilərlər. Bununla belə, vəziyyət dəyişə bilər. Bunda xarici agentlər haqqında qanunun böyük rolu olub. Məhz onun ucbatından Aİ ilə münasibətlər korlanmışdı və bütün bunlar ona görə idi ki, o, Rusiya münasibətlərini əks etdirir. Bu qanuna görə Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi hətta dayandırılıb. Aİ həmçinin Gürcüstanın müdafiə sektorunu dəstəkləmək üçün ayrılan 30 milyon avronun dondurulmasına qərar verib. ABŞ Gürcüstanın bir sıra rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Gürcüstan müxalifəti də bu qanunun qəbuluna qarşı çıxmağa çalışıb. Etirazçılar meydana çıxsalar da, səs eşidilməyib. Qeyd edək ki, bu sənəd maliyyə vəsaitinin 20%-dən çoxunu xaricdən alan təşkilatların xarici təsir agenti kimi qeydiyyatdan keçməsini və gəlir və xərc bəyannaməsini təqdim etməsini tələb edir.

Almaz Həsənli