Livanda ikinci silsilə partlayışlarda ölənlərin sayı 25-ə çatıb

Livanda ikinci silsilə partlayışlarda ölənlərin sayı 25-ə çatıb

20 Sentyabr 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Livanın səhiyyə naziri Firas Abyad ölkədə sentyabrın 18-də baş verən elektron partlayışlar nəticəsində ölənlərin sayının 25-ə yüksəldiyini bildirib. Əvvəllər ölkə hakimiyyəti 20 nəfərin partlayışların qurbanı olduğunu bildirib.

Bununla bağlı Livanın Səhiyyə Nazirliyinin rəhbərinin bəyanatı “Əl-Cəzirə” telekanalı tərəfindən verilib. Firas Abyad əlavə edib ki, partlayışların ikinci dalğası zamanı ümumi qurbanların sayı 708-ə çatıb.Ümumilikdə sentyabrın 17 və 18-də baş verən elektron partlayışlar nəticəsində 37 nəfər həlak olub.

Livan partlayışlarda İsraili günahlandırıb. The New York Times yazıb ki, İsrail kəşfiyyatı partlayıcı peycerlər istehsal etmək üçün bir neçə ön şirkət yaradıb. Onlardan biri də Macarıstanın BAC Consulting şirkətidir. O, partlayışlarda iştirakını inkar edir.

Oxuməni.az