Ballistik raketlərin Rusiyaya verilməsi Avropanın təhlükəsizliyinə təhdid yaradır

Ballistik raketlərin Rusiyaya verilməsi Avropanın təhlükəsizliyinə təhdid yaradır

20 Sentyabr 11:16
Bəyəndim (0) Bəyənmədim (0)


Böyük Britaniya İranın Rusiya Federasiyasına ballistik raketlər təhvil verməsini pisləyir. Bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa təhlükəsizliyi üçün təhlükə yaradır.

Bunu Böyük Britaniyanın ATƏT-dəki daimi nümayəndəsi Nil Holland bildirib.

Britaniya səfiri əlavə edib ki, İrandan ballistik raketlərin Rusiyaya ötürülməsi “Avropa təhlükəsizliyinə birbaşa təhdid yaradır”. Bundan başqa, Rusiyanın Şimali Koreyadan raketlər alması da BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur.

O, həmçinin Ukrayna və Rusiya ilə bağlı vəziyyətlər arasında iki əsas fərqi izah edib. Xüsusən də Ukrayna suveren dövlət kimi silahla təmin olunur ki, özünü müdafiə edə bilsin. Bu arada Rusiya Federasiyası verdiyi silahlardan müharibə aparmaq üçün istifadə edir.

"Ukraynaya beynəlxalq hüquq normalarına uyğun olaraq özünü müdafiə etmək üçün silah verilir. Eyni zamanda BMT-nin tələblərini pozaraq qonşusuna qarşı təcavüzkar müharibə aparan Rusiyaya silah göndərilir”, - deyə Holland bildirib.

Oxuməni.az