Finlandiya prezidenti Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağı təklif edir

Finlandiya prezidenti Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağı təklif edir

18 Sentyabr 18:41
Bəyəndim (10) Bəyənmədim (0)


Finlandiya prezidenti Aleksandr Stubb BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini, bir dövlətin veto hüququnun aradan qaldırılmasını və Rusiyanın Ukraynaya müdaxiləsi kimi “qeyri-qanuni müharibədə” iştirak edən hər hansı üzvün üzvlüyünün dayandırılmasını istəyib,- o, bu haqda “Reuters” agentliyinə verdiyi müsahibəsində deyib.
Finlandiya lideri daimi üzvlərin sayının 5-dən 10-a çatdırılmasını təklif edəcəyini, Latın Amerikasından daha bir, Afrikadan iki və Asiyadan iki nümayəndənin əlavə edilməsini təklif edəcəyini bildirib.
“Heç bir dövlətin BMT Təhlükəsizlik Şurasında veto hüququ olmamalıdır”, o vurğulayıb.
Rusiya, Çin, Fransa və Böyük Britaniya ilə birlikdə veto hüququna malik 5 ölkədən biri olan ABŞ da Afrika üçün iki daimi yerin verilməsini də dəstəkləyib.
Stubb qeyd edib ki, “Rusiyanın hazırda Ukraynada apardığı müharibə kimi” qeyri-qanuni müharibə aparan təşkilatın hər hansı üzvü kənarlaşdırılmalıdır.
Qeyd olunur ki, beş veto hüququ da daxil olmaqla Təhlükəsizlik Şurasının tərkibinə edilən istənilən dəyişiklik Baş Assambleyanın üçdə ikisi tərəfindən təsdiqlənməlidir.
"Mənim əsas fikrim budur ki, qlobal cənubdan, Latın Amerikasından, Afrikadan, Asiyadan olan ölkələr sistemdə gücə malik olmasalar, Birləşmiş Millətlər Təşkilatından üz döndərəcəklər. Bizim istədiyimiz də bu deyil",o deyib.
Almaz Həsənli