Hollandiyanın müdafiə naziri: Müharibənin nə bu il, nə də  gələn il  bitəcəyini düşünmürəm

Hollandiyanın müdafiə naziri: Müharibənin nə bu il, nə də gələn il bitəcəyini düşünmürəm

17 Sentyabr 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2025-ci ildə bitməsi ehtimalı azdır. Döyüş meydanında vəziyyət ağır olaraq qalır.

Bu barədə Hollandiya Müdafiə Nazirliyinin rəhbəri LRT telekanalına müsahibəsində bildirib.

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans deyib ki, mən müharibənin nə bu il , nə də gələn il bitəcəyini düşünmürəm

Onun sözlərinə görə, Qərb ölkələri daha çox iş görməlidir, lakin eyni zamanda, onların gözləntiləri çox da böyük ola bilməz.

“Bəzən insanlar düşünür ki, Rusiyanın işğalı marafona çevrilən sprint idi, amma əslində bu, 42 km-lik qaçışdır, ona görə də biz Ukraynanı dəstəkləməyə davam etməliyik”, - deyə nazir əlavə edib.

Oxuməni.az