Blinken Yaxın Şərqə 10-cu dəfə səfər etməyə hazırlaşır
ABŞ dövlət katibi Antoni Blinken İsrailin HƏMAS ilə müharibəsi başlayandan bəri Yaxın Şərqə 10-cu səfərini planlaşdırır. Bayden administrasiyası dalana dirənmiş atəşkəs danışıqlarını canlandırmaq cəhdlərini davam etdirir.
Bu barədə Bloomberg xəbər verir.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ-ın yüksək səviyyəli diplomatı Qəzzada atəşkəs danışıqlarını və daha geniş regional təhlükəsizlik məsələlərini müzakirə etmək, həmçinin Misir rəsmiləri ilə danışıqlar aparmaq üçün Qahirəyə uçacaq.
Bəyanatda yalnız Misirdə bir dayanacaq qeyd olunur və görünür, Blinken bu səfərdə İsrailə getməyəcək.
Oxuməni.az
Digər xəbərlər