Avstraliya İrana qarşı sanksiyaları genişləndirir
Avstraliya insan hüquqlarının pozulmasını əsas gətirərək, beş İran vətəndaşının qara siyahıya salındığını bildirib. Bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq məlumat verib.
"Mahsa Aminin faciəli ölümünün ikinci ildönümünü qeyd etmək üçün Avstraliya hökuməti bu gün daha beş İran vətəndaşına qarşı məqsədyönlü iqtisadi sanksiyalar və səyahət qadağaları tətbiq edir", - Vonq bildirib.
Nazir həmçinin qeyd edib ki, Avstraliya 195 İran vətəndaşı və biznesinə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib. “Bu tədbirlər bizim İranı insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etməkdə qətiyyətimizi nümayiş etdirir”, o deyib.
Oxuməni.az
Digər xəbərlər