KXDR Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyaya səfərə gedib
Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui Avrasiya Qadınlar Forumunda və BRİKS Qadınlar Forumunda iştirak etmək üçün Rusiyaya səfərə gedib. Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, sentyabrın 16-da nazir Vladivostoka gedib. Sentyabrın 18-20-də Sankt-Peterburqda o, dördüncü Avrasiya Qadınlar Forumunda və BRİKS Qadınlar Forumunda iştirak edəcək. "Onun tədbirlərdə çıxışları və müzakirələrdə iştirakı planlaşdırılır", - səfirlik öz Telegram kanalında qeyd edir.
Oxuməni.az
Digər xəbərlər