Belqorodda silsilə partlayışlar baş verib
Belqorod üzərində səmada silsilə partlayışlar baş verib. Bu barədə Life SHOT Telegram kanalına istinadən yazır.
Daha sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında bildirib ki, sirenalar məhz vətəndaşlara səhər müraciətini yazmaq istədiyi anda işə düşüb.
SHOT xəbər verir ki, atışmadan sonra yaşayış binasında yanğın başlayıb. Hadisə yerindən olan görüntülərə görə, vurulma nəticəsində binanın altında dayanmış iki avtomobil demək olar ki, tamamilə sıradan çıxıb.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində magistral yolu atəşə tutub. Nəticədə 4 nəfər xəsarət alıb.
Mayın 12-də Belqorodda Ukrayna Silahlı Qüvvələrinin raket hücumu nəticəsində binanın 10 mərtəbəsi uçub. Zərərçəkənlərin çıxarılması və dağıntıların təmizlənməsi üçün bütün şəhər texnikası cəlb edilib.
Oxuməni.az