Husilərə İsrail  sərt cavab verəcək

Husilərə İsrail sərt cavab verəcək

16 Sentyabr 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin şimalına nəzarət edən husilər tərəfindən atılan raket ilk dəfə İsrailin mərkəzi səmasında hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. İsrailin baş naziri Benyamin Netanyahu husilərin bunun üçün “yüksək bədəl” ödəyəcəyini söylədi.

Bu barədə “Reuters” xəbər verir.

Yəmən qrupunun sözçüsü zərbənin 2040 km məsafəni cəmi 11,5 dəqiqəyə qət edən yeni hipersəs ballistik raketlə həyata keçirildiyini bildirib.

İsrail ordusunun rəsmisi bildirib ki, raket vurulandan sonra havada parçalanıb, lakin tam məhv edilməyib.

Zərbədən bir neçə dəqiqə əvvəl Təl-Əvivdə və mərkəzi İsraildə hava hücumu siqnalı verilib.

Raketin parçaları əkin sahələrinə və dəmiryol vağzalının yaxınlığında düşüb, itki yoxdur.

Oxuməni.az