Si Cinpin BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcək

Si Cinpin BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcək

14 Sentyabr 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Çin lideri Si Cinpin gələn ay BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcək. Tədbirin Kazan şəhərində keçirilməsi planlaşdırılır.

Bu barədə Associated Press məlumat yayıb.

Çinin xarici işlər naziri Vanq Yi Çin liderinin gələn ay Rusiya Federasiyasına səfər etməyi planlaşdırdığı barədə məlumatı təsdiqləyib.

Xatırladaq ki, cümə axşamı Vanq Yi Sankt-Peterburqda Rusiya diktatoru Vladimir Putinlə görüşüb. Çin rəsmisi bildirib ki, Xi Kreml rəhbərinin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək dəvətini “məmnuniyyətlə qəbul edib”.

Putinin sözlərinə görə, bu şəhərdə onlar həmçinin ikitərəfli görüş keçirəcəklər və bu görüş zamanı “kifayət qədər uğurla inkişaf edən” Rusiya-Çin münasibətlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.

AP qeyd edir ki, Ukraynanın genişmiqyaslı işğalından sonra Rusiya getdikcə iqtisadi cəhətdən Çindən asılı vəziyyətə düşür, xüsusən də bu, Kremlin beynəlxalq ticarət sisteminin böyük hissəsinə çıxışını “kəsmiş” Qərb ölkələrinin sanksiyaları ilə bağlıdır.

Ötən il Çinin Rusiya ilə ümumi həcmi 240 milyard dollar olan ticarət dövriyyəsinin artması təcavüzkar ölkəyə məhdudiyyətlərdən gələn ən pis zərbələri yumşaltmağa kömək edib.

Belə ki, AP nəşrinin yazdığına görə, Moskva enerji ixracının əsas hissəsini Çinə yönləndirib və Qərbin sanksiyalarından yan keçmək üçün Rusiya hərbi sənayesi üçün yüksək texnologiyalı komponentlərin idxalında Çin şirkətlərinə arxalanıb.

Oxuməni.az