Avstraliya İsraillə silah ticarətini davam etdirəcək
Avstraliya etirazlara baxmayaraq, İsraillə silah alverini davam etdirəcək və yəhudi dövlətindən zəruri silah sistemləri alacaq. Bu açıqlama ilə ölkənin müdafiə naziri Riçard Marles çıxış edib.
Onun sözlərinə görə, Kanberra "ticarətin dayandırılması tələblərinə baxmayaraq, İsraildən silah sistemləri almağa davam edəcək". “Avstraliya Baş Naziri Entoni] Albanese hökuməti indi İsrailin Elbit şirkətinin texnologiyasından istifadə edən ordunun piyada döyüş maşınlarının alınmasını yekunlaşdırır. Heç kimə sirr deyil ki, biz İsraillə əməkdaşlığa son qoymaq barədə qərar qəbul etməmişik və davam edəcəyik”, - deyə Marles jurnalistlərə açıqlamasında bildirib.
Oxuməni.az
Digər xəbərlər