Dini ədavəti qızışdırmaqda şübhəli bilinən Rusiyadan Qazaxıstana ekstradisiya edilib

Dini ədavəti qızışdırmaqda şübhəli bilinən Rusiyadan Qazaxıstana ekstradisiya edilib

13 Sentyabr 18:18
Bəyəndim (0) Bəyənmədim (0)

Dini ədavəti qızışdırmaqda şübhəli bilinən şəxs Rusiyadan Qazaxıstana ekstradisiya edilib. Onu 10 ilə qədər həbs gözləyir. Bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikası və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində dini ədavət saldığına görə axtarışda olan Qazaxıstan vətəndaşı Rusiyadan geri qaytarılıb”, - məlumatda deyilir. Nəzarət qurumunun məlumatına görə, 2016-2017-ci illər ərzində Almatıda şübhəli şəxs qabaqcadan əlbir olaraq bir qrup şəxslə dəfələrlə dini ədavətin qızışdırılması, vətəndaşların dini hisslərinin təhqir edilməsi, müstəsnalığı, üstünlüyü təbliğ etmək məqsədi daşıyan qəsdən hərəkətlər edib.

Şübhəli Qazaxıstanı tərk etdikdən sonra beynəlxalq axtarışa verilib.

Oxuməni.az